Ağdamda xəstəxana tikilir - Tender elanı

17:28 | 09.10.2024
Ağdamda xəstəxana tikilir - Tender elanı

Ağdamda xəstəxana tikilir - Tender elanı

Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) tikintisinə (II mərhələ)  19 722 670 manat xərclənməsi nəzərdə tutulub. Bu barədə  Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti tender elan edib.
 
Hazırda Ağdamda 66 binanın tikintisinə başlanılıb.

Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 


Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti