• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

İsrail BMT-nin İnsan Haqları Şurasından çıxdığını elan edib

İsrail BMT-nin İnsan Haqları Şurasından çıxdığını elan edib
05.02.2025 22:20
ABŞ-ın ardınca  İsrail də BMT İnsan Haqları Şurasından (UNHRC) çıxmaq qərarına gəlib. Bu barədə yəhudi dövlətinin xarici işlər naziri Gideon Saar X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, İsrail ABŞ prezidenti Donald Trampın ölkəni BMT-nin İnsan Haqları Şurasından çıxarmaq qərarını alqışlayır.

"İsrail Birləşmiş Ştatlara qoşulur və UNHRC-də iştirak etməyəcək”, - Saar yazıb.

Nazir UNHRC-ni "ənənəvi olaraq insan haqlarını pozanları qorumaqda, onlara tənqiddən gizlənməyə imkan verməkdə” və "Yaxın Şərqdə yeganə demokratiyanı – İsraili daim iblisləşdirməkdə” ittiham edib.

Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, BMT-nin İnsan Hüquqları Şurası yəhudi dövlətini pisləyən 100-dən çox qətnamə qəbul edib. Bu, Şuranın bütün mövcudluğu dövründə qəbul edilmiş qətnamələrin 20%-dən çoxunu təşkil edir və " İran , Kuba , Şimali Koreya və Venesuelaya qarşı qəbul edilən qətnamələrdən də çoxdur”.

Saar vurğulayıb ki, İsrail bundan sonra UNHRC-yə qarşı ayrı-seçkiliyə dözməyəcək.

İsrail parlamentinin (Knesset) 28 oktyabr 2024-cü il tarixində səs çoxluğu ilə qəbul etdiyi qurumun fəaliyyətinin qadağan edilməsi qərarına əsasən, İsrail BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə bütün əlaqələri yanvarın 30-da dayandırıb . Müvafiq qanunun qəbul edilməsinə səbəb təşkilatın Fələstinin radikal HƏMAS hərəkatı ilə əməkdaşlıq etməsi ilə bağlı ittiham olub.


Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Dünya 07:55
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Dünya 07:22
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Dünya 07:19
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
Dünya 07:15
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Dünya 07:12
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Tramp Maskı tənqid edib
Dünya 07:06
Tramp Maskı tənqid edib
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol