Ağdamın Xıdırlı kəndinə 12 milyon manatdan çox vəsait xərclənəcək

15:47 | 16.09.2024
Ağdamın Xıdırlı kəndinə 12 milyon manatdan çox vəsait xərclənəcək

Ağdamın Xıdırlı kəndinə 12 milyon manatdan çox vəsait xərclənəcək

Ağdamın Xıdırlı kəndində tikinti-quraşdırma işlərinə 12.340.737,24 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb. 
 
Tenderin qalibi isə "VS ENERJİ SERVİS" MMC-dir. 
 
Qalibşirkət Xıdırlıda sahədaxili mühəndis-kommunikasiya sistemləri üzrə (PTM, KTM, yüksək və alçaq gərginlik xətləri və rabitə xətləri) tikinti-quraşdırma işlərini icra edəcək. 
 
Qalib şirkət dövlət qeydiyyatına 2011-ci il alınıb və nizamanmə kapitalı 10 manatdır. 
 
Hazırda Ağdamda 66 binanın tikintisinə başlanılıb.

Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 


Gülnar Nazimqızı

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM