Ağdərə şəhərində 190 fərdi yaşayış evi tikiləcək. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktorunun köməkçisi Həmid Mehdiyev Xəzər İnşaat Həftəsində çərçivəsində keçirilən panel müzakirələri zamanı bildirib.
Onun sözlərinə görə, Xocalı şəhərində 56, rayonun Malıbəyli və digər kəndlərində isə 120 yaşayış binasının tikintisi nəzərdə tutulub.
"Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir", - o vurğulayıb.
Mehdiyev onu da qeyd edib ki, Xankəndidə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb. Amma 5 mindən çox dövlət və qeyri-dövlət qurumunun əməkdaşları orada məskunlaşıb.
"Eyni zamanda, Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə əlaqədar 1 200 tələbə şəhərdə məskunlaşıb", - Mehdiyev bildirib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !