ADEX-2018: MSN Elmi-Tədqiqat İnstitutunda yaradılmış bomba konteyneri sərgilənəcək

10:23 | 13.09.2018
ADEX-2018: MSN Elmi-Tədqiqat İnstitutunda yaradılmış bomba konteyneri sərgilənəcək

ADEX-2018: MSN Elmi-Tədqiqat İnstitutunda yaradılmış bomba konteyneri sərgilənəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən yeni növ aviasiya bombası yaradılıb.

"AzeriDefence”nin məlumatına görə, bomba konteyneri ADEX-2018 sərgisində nümayiş etdiriləcək.

"Xalça bombardman”ı üçün nəzərdə tutulan bomba konteyneri vasitəsi ilə "Su-25” təyyarəsinin hər asqı sistemində 1 əvəzinə ən azı 4 ədəd 7 kq-lıq təlim, 25 kq-lıq və ya 50 kq-lıq döyüş bombasını daşımaq mümkündür. Bu da  "Su-25” tipli təyyarəyə bir uçuşda 32-yə qədər 25 və 50 kq-lıq bombalar götürmək imkanı verir.

Konteyner həmçinin helikopterlərdə istifadə edilə bilir.
 
ADEX-2018 sərgisində 25 kq-lıq döyüş elementləri olan bomba konteynerinin nümunəsi təqdim ediləcək.

Qeyd edək ki, sərgidə MSN Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılmış müxtəlif növ aviasiya bombaları və digər məhsullar da nümayiş etdiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb