Adlara qadağa, yoxsa anormallıq

17:46 | 01.12.2015
Adlara qadağa, yoxsa anormallıq

Adlara qadağa, yoxsa anormallıq

Həmid Həmidov

Adlara qoyulan qadağanı mən ümumiyyətlə konstitusiyadan kənar hesab edirəm. Ad nə qədər səfehcə səslənsə də, heç kim valideynə bu adı qoymağa mane olmamalıdır. 

Digər tərəfdən isə, məsələn, uşaq 11-13 yaşına çatanda adını dəyişmək istəyirsə, ona bu hüququ vermək lazımdır. 

Qadağan olunmuş adlar siyahısına baxanda, məndə belə təəssürat yarandı ki, sanki onu burnunun ucundan o tərəfi görməyən, onlara anlaşılmaz və "çuşqarski” görünən nə varsa hırıldayan və xüsusi məntiqiylə seçilməyən rus dilli oğlanlar və qızlar hazırlayıb. 

Məsələn, nəyə görə bir azərbaycanlı uşağına Talış adı qoya bilməsin? Başa düşmürəm, burda qeyri-adi nə var ki. 

Talışlar da bizlə sizin kimi bu torpağın köklü sakinləridir. Onlar burada yaşayırlar. Onlar bu ölkənin vətəndaşıdırlar. Və biz azərbaycanlılar övladlarımıza Azər adı qoya biliriksə, nəyə görə talışlar uşaqlarına Talış adı qoymasınlar? Bu kobud səslənə, ağlasığmaz görünə bilər, ancaq istəyən varsa, bu, onun hüququdur. 

Ərəb adıyla da eyni cür. Bəlkə adamın ərəblərə sevgisi var? Bəlkə onun darmarlarında ərəb qanı axır. Adı qoymaq istəyirsə, niyə olmaz axı?! Əgər Moskvada, İstanbulda və ya Dubayda uşağa Azər adı qoymağı qadağan etsəydilər, bizim münasibətimiz necə olardı? Çətin ki, anlayışla qarşılardıq...

Vladlen. Vladlen adının haradan gəldiyini başa düşürəm, amma tutalım ki, rus azərbaycanlı əcdadlarının şərəfinə uşağına Vladlen adı vermək istəyir, bunun başqalarına nə dəxli var ki? 

Volodya. Bəli Volodya Vladimirin qısa formasıdır. Ancaq adam övladına Vladimir əvəzinə Volodya, Aleksandr əvəzinə Saşa adını qoymaq istəyir. Siz Allah, uşaq böyüyəndə adını sevməsə, dəyişər də. 

Məmiş. Xüsusilə rusdillilər üçün məzəli addır. Ancaq ölkədə nə qədər Məmiş var, bilirsiz? Axı bu, Məməş deyil, baxmayaraq ki, belə adı da eşitməmişəm. Ölkədə nə qədər Məmişov familyalı adam var, bilirsiz?  

Kimsə atasının adının şərəfinə oğluna Məmiş adı vermək istədi, məsələn. Axı kimin ona bunu qadağan etmək hüququ var? 

Tufan. Bu adın nəyini bəyənmədiz? Normal kişi adıdır da. Əgər Tufan qadağan edilibsə, İldırım da qadağan edilməlidir. 

Başa düşmürəm Tiflis adının qadağasını nəylə əsaslandırıblar? Əgər uşağıma Tiflis adı qoya bilmirəmsə, onda belə çıxır ki, Poti, Rustavi də qoya bilmərəm?..

Yüzbaşının qadağasını ümumiyyətlə ağlıma sığışdıra bilmirəm. Bu adı qadağa siyahısına salan insanlar deyəsən, tarixdən xəbərsizdirlər, yüzbaşıların kim olduğunu bilmirlər. Bu adı necə qadağan etmək olar? Yüzbaşını qadağan ediriksə, onda belə çıxır ki, Minbaşıya icazə var?..

Hələ belə adlar var, Salavat, Tarzən (deyəsən, siyahını hazırlayanlar Tarzanla qarışdırıblar) və s. 

Kalxoz, Savxoz, Limonad və başqa adları qadağan etmək boş söhbətdi. Çünki indi heç kim uşaqlarına belə adlar vermir. Bunlar artıq sovetlərdə qaldı. İndi elə adlar yoxdur. 

Axırda nə alınır? Əgər Kalxoz, Savxoz adı qoya bilmirəmsə, demək ki, Qadjet, Laptop, Noutbuk və ya Vapçat qoya bilərəm? 

Siyahını hazırlamazdan əvvəl heç olmasa Dövlət Komitəsinə müraciət edərdiz, öyrənərdiz ki, indi uşaqlara lider adları qoyduqları kimi, uğursuzların da adlarını qoyurlar.

Ümumiyyətlə isə, ən birincisi, uşaqlara qadağalar qoymaq düzgün deyil. İkincisi, tamamilə yanlışdı. Üçüncüsü isə real problemlərlə məşğul olmaq daha yaxşıdır...


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM