May
ayı ərzində internet paketi alan abunəçilər əlavə pul ödəmədən ikiqat internet
trafiki əldə edəcəklər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet
Provayderi Bakcell şirkəti dövlət səviyyəsində
qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə öz abunəçiləri
üçün inanılmaz hədiyyə kampaniyası elan edib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə,
Bakcell özünün CİN və Klass abunəçilərinə 1-31 may 2018-ci il tarixlərində
davam edəcək kampaniya çərçivəsində əlavə pul ödəmədən 100% daha çox
internet təklif edir.
Beləliklə, xüsusi kampaniyanın şərtlərinə əsasən, may ayı ərzində 1GB
və daha böyük həcmli internet paketini əldə edən hər bir abunəçi
istifadə müddəti bir ay olan ikiqat internet trafiki əldə edəcək. Bu
misilsiz kampaniya sayəsində Bakcell abunəçiləri 20 GB-dək pulsuz interneti hədiyyə
şəklində ala biləcəklər.
Bu təklifdən yararlanmaq üçün
abunəçilər kampaniyada iştirak edən internet
paketlərindən (1GB, 1.5GB, 3GB, 5GB, 10GB və ya 20GB) birini əldə etməlidir.
Qeyd edək ki, bütün İnternet paketləri istifadə müddətləri bitəndən
sonra balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir. İnternet
paketlərdə təqdim edilən trafik bitəndən sonra, "yüksək sürət” xidməti aktivləşir.
Kampaniya barədə daha ətraflı məlumatla www.bakcell.com/az/double_internet_as_a_100th_anniversary_treat səhifəsində tanış ola bilərsiniz.
Abunəçilərin mobil data xidmətlərinə artan tələbatını qarşılamaq üçün
Bakcell müasir smartfon istifadəçiləri üçün innovativ və sərfəli həllər təklif
edir.
Yüksək keyfiyyətli 4G şəbəkəsinə yatırılmış investisiyalar sayəsində,
Bakcell abunəçiləri ən geniş əhatə dairəsi olan LTE texnologiyasından və ölkədə
ən yaxşı mobil şəbəkənin bütün üstünlüklərindən istifadə etmək imkanına
malikdirlər. Bakcell şirkətinin tətbiq etdiyi ən müasir "LTE Advanced”
texnologiyası sayəsində, operatorun abunəçiləri saniyədə 225 meqabitə çatan sürətin
imkanlarından yararlanırlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !