ADU-da “Sehirli bayram” adlı tədbir keçirildi - Fotolar

19:23 | 04.12.2015
ADU-da “Sehirli bayram” adlı tədbir keçirildi - Fotolar

ADU-da “Sehirli bayram” adlı tədbir keçirildi - Fotolar


4 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin  Fransız və İtalyan dillərinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə Milad bayramına həsr olunmuş "Sehirli bayram” adlı tədbir keçirildi.
 
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Fransız və İtalyan dillərinin tərcüməsi kafedrasının müdiri Səbinə Mahmudova tədbir iştrakçılarını salamladı.  O, tədbirin proqramı haqqında qısa məlumat verdi.
 
 
Sonra çıxış edən İtaliyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Culiya Qullotti Milad bayramı ərəfsində keçirilən bu tədbirdə iştirak etdiyi üçün şad olduğunu bildirdi. O,  ADU-da  italiyan dilinin tədris olunmasını yüksək qiymətləndirdi və bunun sevindirici hal olduğunu bildirdi.
 
 
Azərbaycanlı və italyan qonaqların iştirak etdiyi tədbirdə fransız və italyan dili üzrə  təhsil alan tələbələrin ifasında "Parole, parole” , "Lasciatemi cantare”  azyaşlı italyan dili həvəskarlarının ifasında "Ci vuole un fiore”  musiqi nömrəsi  təqdim olundu.
 
Sonra M.F.Axundovun "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” adlı komediyasının bir neçə səhnəsi tələbələr tərəfindən  italyan dilində səhnələşdirildi.
 
Sonda "Festa magica” (Sehirli bayram) adlı teatr səhnəsinin italyan dilində təqdimatı keçirildi.
 




 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb