AFFA "Qəbələ"nin futbolçusunu cəzalandırdı

16:12 | 17.12.2013
AFFA "Qəbələ"nin futbolçusunu cəzalandırdı

AFFA "Qəbələ"nin futbolçusunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Qol.Az-ın məlumatına görə, tədbirdə İK Topaz Premyer Liqanın sonuncu turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb. Topaz Premyer Liqasının XVII turunun “Simurq” – AZAL matçının 79-cu dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.Topaz Premyer Liqasının XVII turunun “Bakı” – “Qarabağ” matçında “Bakı”  klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.Topaz Premyer Liqasının XVII turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi”  klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib.Oyunun 3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün kluba 1000 manat cəza tətbiq edilib.Matçın 84-cü dəqiqəsində “Qəbələ” klubunun 88 nömrəli futbolçusu Müşfiq Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.Oyunun 87-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Dmitri Kramarenko texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb