AFFA-ya yeni baş katib təyin edilib

22:25 | 03.02.2025
AFFA-ya yeni baş katib təyin edilib

AFFA-ya yeni baş katib təyin edilib


AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyinatı ilə bağlı qərar qəbul olunub.Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Cahangir Fərəcullayev Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.

O, 2004-2019-cu illərdə Engin, Deniz Service, Gametv.az Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.

2019-2020 illərdə "Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər "Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM