OPEC+ Trampın təzyiqlərinə boyun əyməyib
OPEC+ komitəsinin nazirləri hasilat siyasətində dəyişiklik etməmək qərarına gəlib. Bu barədə OPEC-in yaydığı mətbuat açıqlamasında deyilib.
OPEC+ alyansının Nazirlər Monitorinq Komitəsi onlayn formatda keçirdiyi iclasda neft hasilatına dair mövcud siyasəti dəyişməmək barədə qərar verib.
Təşkilat, ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin aşağı salınması tələbini nəzərə almayaraq, apreldənn hasilatın tədricən artırılması planına sadiq qalacağını bildirib.
Bundan əlavə, OPEC+ ölkələrinin nazirləri toplantıda qeyd ediblər ki, alyansın bəzi üzvlərinin hasilatın könüllü azaldılması planına dair düzəlişlər etməsi (hasilatın tədricən artırılmasının 1 aprelə keçirilməsi) qlobal neft bazarının sabitliyini təmin edib.
OPEC+ komitəsinin növbəti iclası aprelin 5-də keçiriləcək.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
13:37
“The Digital Banker” ABB-niAzərbaycanın ən yaxşı süni
intellekt əsaslı bankı seçib
İqtisadiyyat
13:18
Orta Dəhliz daşımaları üçün yeni konteyner gəmiləri 2027-ci ildə istismara verilə bilər
İqtisadiyyat
12:59
TRACECA: Orta Dəhlizdə tranzit müddətinin proqnozlaşdırılması və rəqəmsallaşma vacibdir
İqtisadiyyat
11:52
Azərbaycanın regionlarına 2025-ci ildə 10 milyard manatdan çox investisiya yatırılıb