Dövlət Statistika Komitəsində struktur dəyişiklikləri aparılıb
Dövlət Statistika Komitəsində bir sıra şöbələr ləğv edilib, onların əvəzinə yeni struktur bölmələri yaradılıb.
Dəyişikliklər çərçivəsində Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar, Ticarət statistikası, Xidmət statistikası, Əhali statistikası və Sosial statistika şöbələri ləğv olunub.
Əvəzində Statistik vahidlərin reyestri və metodologiya, Statistik keyfiyyətin təminatı, Strateji inkişaf, Daxili ticarət və xidmət statistikası, Beynəlxalq ticarət statistikası, eləcə də Demoqrafiya və sosial statistika şöbələri yaradılıb.