• $
  • €
  • ₽
  • ₺
  • £

“Brain Academy”də 2 yaşlı autizmli uşağın döyüldüyü iddia edilir

“Brain Academy”də 2 yaşlı autizmli uşağın döyüldüyü iddia edilir
21.10.2026 15:14

“Brain Academy”nin Razin filialında 2 yaşlı autizm spektrli azyaşlı uşağa qarşı zorakılıq halları qeydə alınıb. Bu barədə uşağın yaxını Ramin Balayev Bakues.az-a şikayət məktubu göndərib.

Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən 2 yaşlı autizm spektrli azyaşlı uşaq ağır fiziki şiddətə və zorakılığa məruz qalıb. Bərpa olunmaq, inkişaf etmək əvəzinə uşağın üzünə və başına zərbələr endirilib, ona ağır psixoloji travma yaşadılıb.

Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərdə müəssisə əməkdaşının 2 yaşlı köməksiz uşağın başından və üzündən vurması, uşağın isə dözülməz ağrı və qorxudan dayanmadan ağlaması əks olunub.

Uşağın yaxınları hadisədən sonra uşaqda dərin psixoloji travmanın yarandığını, onun daha da qapandığını və qorxu içində olduğunu bildirirlər.

Uşağın ailəsi günahkarların qanun qarşısında cavab verməsini tələb edirlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda reabilitasiya mərkəzində 2 yaşlı uşağa qarşı zorakılıq iddiası araşdırılır
Cəmiyyət 16:12
Bakıda reabilitasiya mərkəzində 2 yaşlı uşağa qarşı zorakılıq iddiası araşdırılır
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı körpə ölüb
Cəmiyyət 15:51
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı körpə ölüb


Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb
Cəmiyyət 15:27
Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb
“Brain Academy”də 2 yaşlı autizmli uşağın döyüldüyü iddia edilir
Cəmiyyət 15:14
“Brain Academy”də 2 yaşlı autizmli uşağın döyüldüyü iddia edilir


Yol polisindən sürücülərə- Müraciət
Cəmiyyət 14:36
Yol polisindən sürücülərə- Müraciət


Azərbaycana qripə qarşı peyvəndlər gətirilib, bu gündən vaksinasiyaya başlanılır
Cəmiyyət 14:26
Azərbaycana qripə qarşı peyvəndlər gətirilib, bu gündən vaksinasiyaya başlanılır

Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır- Xəbərdarlıq
Cəmiyyət 13:47
Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır- Xəbərdarlıq
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib -SİYAHI
Cəmiyyət 13:27
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib -SİYAHI

Bu yolda hərəkət məhdudlaşdırılıb
Cəmiyyət 13:10
Bu yolda hərəkət məhdudlaşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol