• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya siqaret çəkən uşaqlar üçün ilk dövlət xəstəxanası açıb

Britaniya siqaret çəkən uşaqlar üçün ilk dövlət xəstəxanası açıb
03.02.2025 21:43
Liverpulda siqaret çəkən yeniyetmələrə kömək məqsədilə ilk klinika açılıb. Bu barədə The Guardian yazıb.

Liverpuldakı Alder Hey Uşaq Xəstəxanası 11-15 yaşlı uşaqlar üçün siqaretdən istifadəni dayandırma xidmətini işə salıb. Bu, İngiltərədə Milli Səhiyyə Xidməti (NHS) tərəfindən gənclər arasında artan nikotin asılılığı problemini həll etmək üçün yaradılan ilk klinikadır.

Siqaret və Sağlamlıq üzrə Fəaliyyətə (ASH) görə, son illərdə yeniyetmələr arasında vaping əhəmiyyətli dərəcədə artıb.
 
2023-cü ildə 11-18 yaşlı gənclərin 18%-i elektron siqareti sınaqdan keçirib. Bu rəqəm  2022-ci ildə 20%, 2019-cu ildə 13% olub.  Eyni zamanda, yeniyetmələrin təxminən 7,2%-i mütəmadi olaraq vapdan istifadə etdiklərini bildirib.

"Elektron siqaret çəkən gənclərin sayının  artması təcili tədbirlər görməyi tələb edir. Klinikamız nikotin asılılığından əziyyət çəkənlərə dəstək olmaq və onlara bu vərdişdən qurtulmaqda kömək etmək məqsədi daşıyır”, - pediatriya üzrə məsləhətçi professor Rachel İsba bildirib. 

Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Dünya 22:39
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Venesuelada prezident seçkiləri keçiriləcək
Dünya 21:19
Venesuelada prezident seçkiləri keçiriləcək
“Air France” Ər-Riyada uçuşların dayandırılmasını dekabrın 12-dək uzadıb
Dünya 20:38
“Air France” Ər-Riyada uçuşların dayandırılmasını dekabrın 12-dək uzadıb
Ərdoğan və Mirziyoyev TDT-nin gələcəyini və regional məsələləri müzakirə ediblər
Dünya 18:30
Ərdoğan və Mirziyoyev TDT-nin gələcəyini və regional məsələləri müzakirə ediblər
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Dünya 13:56
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Dünya 23:07
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Dünya 21:29
Ərdoğan Ankarada Tokayevlə görüşüb
İspaniyada üçgünlük matəm elan olunub
Dünya 18:26
İspaniyada üçgünlük matəm elan olunub
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
Dünya 18:04
Niderland Ukraynaya 1,2 milyard avro yardım ayıracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol