Afrində 60 kənd terrorçulardan azad edilib

18:42 | 20.02.2018
Afrində 60 kənd terrorçulardan azad edilib

Afrində 60 kənd terrorçulardan azad edilib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatında indiyədək 1715 terrorçu zərərsizləşdirilib, 60 kənd PKK, PYD yaraqlılarından azad edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb. 

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb