Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi

21:42 | 03.02.2025
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi

Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi

 Avropa İttifaqı ölkələri ABŞ-ın iştirakı olmadan öz təhlükəsizliyini təmin edə bilməz. Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun baş katibi Mark Ryutte vurğulayıb.

Bu bəyanat, Avropa İttifaqına üzv ölkə liderlərinin qeyri-rəsmi sammiti fonunda səslənib. Sammitdə hazırkı təhdidlər, o cümlədən Ukraynadakı münaqişə və Yaxın Şərqdəki qeyri-sabitlik nəzərə alınaraq müdafiənin gücləndirilməsi və bu sahəyə xərclərin artırılması məsələləri müzakirə edilib.

"ABŞ-sız NATO-nun mövcud ola biləcəyi düşüncəsi bir çox səbəbə görə səhvdir. ABŞ olmadan Avropa müdafiəsi də mövcud ola bilməz," – Ryutte, Aİ-nin müstəqil müdafiə sisteminin yaradılması imkanları ilə bağlı sualı cavablandırarkən bildirib.

O, həmçinin Avropa ölkələrinin müdafiə xərclərini daha fəal şəkildə maliyyələşdirməli olduğunu vurğulayıb. 
 
O, "əgər biz düzgün qərarlar versək, rus dili dərslərinə ehtiyac olmayacaq" ifadəsi ilə diqqəti çəkib.
 
Aİ liderləri ABŞ tərəfindən mümkün ticarət rüsumları məsələsindən narahat olduqlarını bildirir və Vaşinqtonla müttəfiqlik münasibətlərinin gücləndirilməsinə çağırış edirlər.
 
N.Təbrizli










www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM