Ailə canavarları belə əhilləşdirdi - FOTO+VİDEO

22:28 | 19.08.2014
Balaca qızın ən böyük əyləncəsi canavarlarla çəmənlikdə oynamaqdır Rusiyanın Minsk şəhərinin 250 km-də yaşayan Şelk ailəsi canavarlarla yaşayır. Azadliq.info-nun Daily Mail-ə istinadən verdiyi xəbərə görə Alisa Şelk atası kimi canavarlardan ayrı qala bilmir. 2009-cu ildə onun atası bir dəstə canavarı saxlamağa başlayıb. Beş il sonra canavarlar artıq bu ailəyə təmamilə bağlanıb onların əmrinə tabe olub. Balaca qızın ən böyük əyləncəsi canavarlarla çəmənlikdə oynamaqdır. On yaşlı Alisa ağlayanda canavarlar onun yanına qaçaraq gəlir və onu at kimi bellərində gəzdirirlər. Bu qız canavarların iti dişlərindən və möhkəm çənəsindən qorxmayaraq onları öpür, canavarlar da ona eyni mehribanlıqla cavab verir.

ANN.Az

loading...

Xəbər lenti