Akademik seçilən məmur və deputatlar - SİYAHI

09:28 | 01.07.2014
Akademik seçilən məmur və deputatlar - SİYAHI

Akademik seçilən məmur və deputatlar - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olub. “Qafqazinfo”nun məlumatına görə, akademik seçilənlər arasında Milli Məclisin deputatları, məmur və institut direktorları da var. Həmin şəxslərin siyahısını təqdim edirik.AMEA-nın həqiqi üzvü seçilənlər:Asəf Hacıyev (deputatdır). İxtisası: Riyaziyyat.Rasim Əliquliyev (AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur). İxtisası: İnformatika.Adil Qəribov (AMEA Radiasiya Problemləri İnstitutunun direktorudur). İxtisası: KimyaKamal Abdulla (Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviridir). İxtisası: Dilçilik.Rafael Hüseynov (deputat). İxtisası: Ədəbiyyatşünaslıq.Qurban Yetirmişli (Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorudur). İxtisası: SeysmologiyaTofiq Hacıyev (Nəsimi adına Dilçilik İnstitutunun direktorudur). İxtisası: Dilçilik.AMEA-nın həqiqi üzvü seçilib:Gövhər Baxşəliyeva (deputat və  AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktorudur). İxtisası: Şərqşünaslıq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM