Akademik Viktor Matveyev: "Azərbaycan öz alimləri ilə fəxr etməlidir"

17:41 | 09.11.2015
Akademik Viktor Matveyev:

Akademik Viktor Matveyev: "Azərbaycan öz alimləri ilə fəxr etməlidir"

"Azərbaycan öz alimləri ilə fəxr etməlidir".
 
"Report" xəbər verir ki, bunu Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində deyib. 

Rəhbərlik etdiyi elm ocağının təbrik məktubunu oxuyan V.Matveyev çıxışında azərbaycanlı həmkarları ilə əlaqələrindən, həyata keçirilən birgə layihələrdən danışıb, elmə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut Azərbaycan Milli Elmlər Akademiyasının zəngin tarixi, Azərbaycan alimlərinin müxtəlif sahələrdə, o cümlədən fizika, biofizika, kosmik sənaye sahələrində əldə etdikləri nailiyyətlərdən məlumatlı olduğunu qeyd edib, azərbaycanlı alimlərlə əməkdaşlığa maraq göstərdiyini söyləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM