Akademiyada kütləvi ixtisarlar gözlənilir

16:23 | 19.07.2014
Akademiyada kütləvi ixtisarlar gözlənilir

Akademiyada kütləvi ixtisarlar gözlənilir

Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra islahatlar həyata keçirilib. 30 iyun tarixində keçirilən seçkilərdən sonra Rəyasət Heyətində elmi qurumun institut və təşkilatlarında iş fəaliyyətini artırmaq üçün islahatlarlar da bu qəbildəndir. Akademiyanın 11 ildən n sonra dəyişdirilən Əsasnaməsində bir sıra lazımsız ştatların ləğv olunması nəticəsində çoxsaylı ixtisarların olacağı gözlənilirdi.  
Hətta bir neçə ay bundan əvvəl akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli də Modern.az-a verdiyi açıqlamasında uyğunsuz, işə yaramayan ştatların ixtisarının olacağını nəzərə çatdırmışdı. Bir sıra mətbuat orqanları və saytlar da son zamanlar mütəmadi hal həyata keçirilən islahatların nəticəsində xeyli sayda kadrların kadrların ixtisara düşdüyünü qeyd edib.
Akademiyanın Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən ANN.Az-a verilən məlumata görə son aylar ərzində aparılan islahatlara baxmayaraq elmi qurumda heç bir ixtisar aparılmayıb.  
Amma bu o demək deyil ki, akademiyada ixtisarlar ümumiyyətlə olmayacaq. Sadəcə Rəyasət Heyətinin yay məzuniyyətinə çıxması elmi qurumda görülən işləri mütəmadi olaraq dondurub. Əldə etdiyimiz məlumata görə, yay məzuniyyət dövrü bitdikdən sonra akademiyada yenidən islahatlar aparılacaq ki, onların da əsasında ixtisar və təyinatlar duracaq: “Akademiyada son bir ildə xeyli islahatlar aparılıb. İdarə Heyəti hazırda yay məzuniyyətində olduğu üçün proses müvəqqəti olaraq dayandırılıb.   Son zamanlar akademiyada ixtisarlar aparılmayıb. Əksinə təyinatlar olub. Təyinatlarla bağlı da mediaya məlumatlar verilib. Yəqin ki, yay tətilindən sonra islahatlar aparılacaq və orada həm kütləvi ixtisarlar, həm də təyinatlar olacaq” 
Qeyd edək ki,akademiyada keçirilən son seçkilərdən sonra burada çalışanlar qarşısında iş yerləri iləa bağlı seçim etmək məsələsi qoyulub. Bu da ondan ibarətdir ki, bu günə qədər AMEA-da çalışanlar bura ikinci iş yeri kimi baxırdılar, paralel olaraq başqa yerlərdə də çalışırdılar. Ancaq seçkidən sonra bu məsələyə son verilməsi qərarlaşdırılıb. Alimlər qarşısında məsələ qoyulub, ya elmə məşğul olacaqsınız, ya da başqa işlə. Buna etiraz edənlər elmi fəaliyyətlə məşğul olmaqla dolanmağın mümkünsüzlüyünü əsas gətiriblər. Bu məsələnin yoluna qoyulması üçün Milli Məclisdə “Elm siyasəti haqqənda” Qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu sənəddə elmi dərəcələrə görə nəzərdə tutlan vəsaitin xeyli artırılması nəzərdə tututlur.
Qanun layihəsi təsdiqləndikdən sonra alimlərin “elmi fəaliyyətlə məşğul olmaqla dolanmaq mümkün deyil” bəhanəsi əllərindən alınacaq.     Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra islahatlar həyata keçirilib. 30 iyun tarixində keçirilən seçkilərdən sonra Rəyasət Heyətində elmi qurumun institut və təşkilatlarında iş fəaliyyətini artırmaq üçün islahatlarlar da bu qəbildəndir. Akademiyanın 11 ildən n sonra dəyişdirilən Əsasnaməsində bir sıra lazımsız ştatların ləğv olunması nəticəsində çoxsaylı ixtisarların olacağı gözlənilirdi.  
Hətta bir neçə ay bundan əvvəl akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli də Modern.az-a verdiyi açıqlamasında uyğunsuz, işə yaramayan ştatların ixtisarının olacağını nəzərə çatdırmışdı. Bir sıra mətbuat orqanları və saytlar da son zamanlar mütəmadi hal həyata keçirilən islahatların nəticəsində xeyli sayda kadrların kadrların ixtisara düşdüyünü qeyd edib.
Akademiyanın Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Modern.az-a verilən məlumata görə son aylar ərzində aparılan islahatlara baxmayaraq elmi qurumda heç bir ixtisar aparılmayıb.  
Amma bu o demək deyil ki, akademiyada ixtisarlar ümumiyyətlə olmayacaq. Sadəcə Rəyasət Heyətinin yay məzuniyyətinə çıxması elmi qurumda görülən işləri mütəmadi olaraq dondurub. Əldə etdiyimiz məlumata görə, yay məzuniyyət dövrü bitdikdən sonra akademiyada yenidən islahatlar aparılacaq ki, onların da əsasında ixtisar və təyinatlar duracaq: “Akademiyada son bir ildə xeyli islahatlar aparılıb. İdarə Heyəti hazırda yay məzuniyyətində olduğu üçün proses müvəqqəti olaraq dayandırılıb.   Son zamanlar akademiyada ixtisarlar aparılmayıb. Əksinə təyinatlar olub. Təyinatlarla bağlı da mediaya məlumatlar verilib. Yəqin ki, yay tətilindən sonra islahatlar aparılacaq və orada həm kütləvi ixtisarlar, həm də təyinatlar olacaq” 
Qeyd edək ki,akademiyada keçirilən son seçkilərdən sonra burada çalışanlar qarşısında iş yerləri iləa bağlı seçim etmək məsələsi qoyulub. Bu da ondan ibarətdir ki, bu günə qədər AMEA-da çalışanlar bura ikinci iş yeri kimi baxırdılar, paralel olaraq başqa yerlərdə də çalışırdılar. Ancaq seçkidən sonra bu məsələyə son verilməsi qərarlaşdırılıb. Alimlər qarşısında məsələ qoyulub, ya elmə məşğul olacaqsınız, ya da başqa işlə. Buna etiraz edənlər elmi fəaliyyətlə məşğul olmaqla dolanmağın mümkünsüzlüyünü əsas gətiriblər. Bu məsələnin yoluna qoyulması üçün Milli Məclisdə “Elm siyasəti haqqənda” Qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu sənəddə elmi dərəcələrə görə nəzərdə tutlan vəsaitin xeyli artırılması nəzərdə tututlur.
Qanun layihəsi təsdiqləndikdən sonra alimlərin “elmi fəaliyyətlə məşğul olmaqla dolanmaq mümkün deyil” bəhanəsi əllərindən alınacaq.     
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM