Akademiyada yeni təyinatlar baş tutub

12:12 | 13.03.2014
Akademiyada yeni təyinatlar baş tutub

Akademiyada yeni təyinatlar baş tutub

AMEA-dan Modern.az-a verilən məlumata əsasən, elmi qurumda bir sıra dəyişikliklər baş tutub. Rəyasət Heyətində Teymur Kərimlinin humanitar bölmədə Kamal Abdullanı akademik-katib kimi əvəzləməsi ilə yanaşı, daha üç yeni təyinat da baş tutub. AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutu, Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev isə Akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru vəzifələrini icra edəcəklər. Biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov H. Zərdabi adına Təbiət Tarixi Muzeyinin, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı isə Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifələrinə yenidən təyin olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM