Aksiya keçirən köçkünlərə ev veriləcək

12:04 | 24.10.2014
Aksiya keçirən köçkünlərə ev veriləcək

Aksiya keçirən köçkünlərə ev veriləcək

Ötən gün Tərtərdə aksiya keçirən məcburi köçkünlərin problemi həll olunacaq. “Qafqazinfo” xəbər verir ki, keçirilən aksiyadan sonra narazı köçkünlərlə görüşən səlahiyyətli şəxslər rayonun İmamqulubəyli kəndində tikilən məcburi köçkün qəsəbəsində onların evlə təmin olunacağına söz veriblər. Köçkünlərlə Ağdam rayonunun Quzanlı qəsəbəsində, idman kompleksində görüş keçirilib. Görüşdə rayon icra başçısının müavini Zülfi Qasımov,  Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib. Şikayətçilərə bildirilib ki, onlara yaın günlədə yeni tikilən qəsəbədən ev veriləcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür