Aktyor Qvatemalanın prezidenti oldu

10:14 | 15.01.2016
Aktyor Qvatemalanın prezidenti oldu

Aktyor Qvatemalanın prezidenti oldu

Məzhəkəçi-aktyor Cimmi Morales Qvatemala prezidentinin səlahiyyətlərinin icrasına başlayıb, CNN Espanol məlumat yayıb.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, prezidentin inauqurasiya mərasimi ölkənin paytaxtının milli teatrında keçiriləcək. Morales and içdikdən sonra prezident lentini alıb.

O, Qvatemalada 2015-ci ilin oktyabrında baş tutmuş seçkilərin ikinci turunun nəticələrinə görə seçilmiş sayca 50-ci prezidentdir.

Mərasimdə on dövlətin rəhbəri, eləcə də ABŞ-ın vitse prezidenti Co Bayden iştirak edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti