Aktyor teatr binasında intihar etmək istədi- Azərbaycanda

21:34 | 27.06.2014
Aktyor teatr binasında intihar etmək istədi- Azərbaycanda

Aktyor teatr binasında intihar etmək istədi- Azərbaycanda

Bu gün saat 17:30 radələrində Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamov intihar etmək istəyib. 
Özünü teatrın binasının damından atmaq istəyən aktyorun intihar cəhdinin qarşısı polislər tərəfindən alınıb. 
Aktyor intihar etmək istəməsinə səbəb kimi işinə olan maneələri göstərib. Polislər onun danışmasına imkan verməyiblər. Və aktyor polis bölməsinə aparılıb.
Bu barədə musavat.com-a hadisə yerində olan şahidlərdən Müsavat Partiyasının Mingəçevir Rayon Təşkilatının sədri Nurəddin Rüstəmli məlumat verib. 
O, hadisə barədə bunları deyib: “Bu gün Mingəçevir Dram Teatrının aktyoru İbrahim Salamov özünü teatrın binasının damından atmaq istəyirdi. Hadisə yerinə gəldiyim zaman polislər artıq onu binadan düşürürdülər. Mən onların qarşısını kəsib, səbəbini soruşdum. İbrahim Salamov “məni işləməyə qoymurlar, artıq bezmişəm” dedi. Bu zaman polislər ona danışmağa imkan vermədilər. Qolundan zorla tutaraq, apardılar”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM