Alanya şəhərlərimizdən biri ilə qardaşlaşacaq - FOTO

14:40 | 23.07.2014
Alanya şəhərlərimizdən biri ilə qardaşlaşacaq - FOTO

Alanya şəhərlərimizdən biri ilə qardaşlaşacaq - FOTO

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini, Türkiyənin Çukurova Universiteti Konservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, professor Cahangir Novruzov Alaniya bələdiyyəsinin dəvəti ilə bu şəhərdə olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən ANN.Az-a verilən məlumata görə, diaspor rəhbərinin Alaniyanın Bələdiyyə sədri Adəm Murat Yücel və Alaniya Kaymakamı Erhan Özdemirlə keçirdiyi görüşlərdə, əsasən Türkiyə ilə Azərbaycan arasında teatr, musiqi və mədəniyyətin digər sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Görüşdə həmçinin, Alaniya ilə Azərbaycanın hər hansı bir şəhərinin qardaşlaşması təşəbbüsü də irəli sürülüb. Hər iki tərəf şəhərlərin qardaşlaşması ideyasını bəyənib və bu istiqamətdə fəaliyyətə başlayacaqlarını bildiriblər.
Görüşlərdə Alaniya Bələdiyyə Teatrının rejissoru Yasin Kınay və C.Novruzovun xanımı Elnarə Novruzova da iştirak edib. 
Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM