Aleksandr Lukaşenko əməliyyat olunub

11:00 | 23.11.2014
Aleksandr Lukaşenko əməliyyat olunub

Aleksandr Lukaşenko əməliyyat olunub

Belarus prezidenti Aleksandr Lukaşenko dizindən əməliyyat olunub.Bu barədə APA “BelTA”-ya istinadən xəbər verir.
 
“Cərrahiyə əməliyyatına səbəb xokkey məşqi zamanı alınan zədə olub. Əməliyyat planlı şəkildə keçirilib. Prezidentin  iş qrafikinin sıx olması səbəbindən əməliyyatı bundan əvvəl keçirmək mümkün olmayıb”, deyə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib.      
 
 
Əməliyyatdan sonra Lukaşenko özünü qənaətbəxş edir və hazırda reabilitasiya kursu keçir. Bunun üçün ona 3-4 gün gərəkdir, bu müddət ərzində o öz səlahiyyətlərini tam şəkildə icra edəcək.
 
A.Lukaşemko bundan əvvəl təqaüdə çıxandan sonra müəllim işləmək niyyətində olduğunu bildirib.  
APA
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb