Alimlər koronavirusun gedişatını yüngülləşdirən faktoru açıqlayıblar

22:00 | 12.01.2021
Alimlər koronavirusun gedişatını yüngülləşdirən faktoru açıqlayıblar

Alimlər koronavirusun gedişatını yüngülləşdirən faktoru açıqlayıblar

Alimlər koronavirusun gedişatını yüngülləşdirən faktoru açıqlayıblar.

"RİA Novosti”nin məlumatına görə, tədqiqatçılar bununla bağlı araşdırmalarını Britaniya Tibb Dərnəyinin "Gut” jurnalında yayımlayıblar.

Mütəxəssislərin fikrincə, bağırsaq bakteriyalarının növü və onların sayı koronavirusun şiddətinə təsir edir, həmçinin qismən xəstəliyə qarşı immuniteti müəyyənləşdirir.

Alimlər bədəndə faydalı bağırsaq bakteriyalarını qoruyaraq, xəstələrdə virusun simptomlarını və şiddətini azaltmağın mümkün olacağına inanırlar.

Onlar hesab edirlər ki, sağalan şəxslərdə xəstəlik göründükdən 80 gün sonra da simptomların bəzilərinin davam etməsi məhz bağırsaq mikrobiomunun vəziyyəti ilə əlaqədardır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb