Alimlərin mənzil çətinliyi həll olunacaq

15:19 | 27.11.2013
Alimlərin mənzil çətinliyi həll olunacaq

Alimlərin mənzil çətinliyi həll olunacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlər üçün yataqxana, xidməti mənzil və kooperativ yaşayış evlərinin inşasını nəzərdə tutur. 

AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətinin İşlər İdarəsinin müdiri Fətəli Abdullayev bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və digər proqramların icrası məqsədilə elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilir. 

Onun sözlərinə görə ,sosial problemlər, mənzil şəraitinin çətinliyi, maaşların azlığı gənclərin elmə marağını artırmaq istiqamətində maneə olaraq qalır. Bu istiqamətdə müvafiq təkliflər hazırlanaraq AMEA prezidentinə təqdim olunub

F.Abdullayev, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasına “Aspirantlar yataqxanası”nda yaşayan alimlərin yaxınlıqda inşa olunan binaya köçürülməsinin də daxil olduğunu bildirib: "Lakin araşdırmalar nəticəsində məlum olub ki, həddən artıq insan yataqxanaya qeydiyyata alınıb və bəzilərinin AMEA ilə heç bir əlaqəsi yoxdur".

Ahıl alimlərin də sosial vəziyyətinin, mənzil şəraitinin ürəkaçan olmadığını vurğulayan F.Abdullayev, onların yaşayış sahəsi ilə təmin edilməsi və kimsəsiz alimlərə xidmət göstərilməsi təklifini irəli sürüb.

F.Abdullayev onu da qeyd edir ki, AMEA-nın 2001-ci ildə özəlləşməyə çıxarılmış təsərrüfat hesablı 10 müəssisəsindən 3-ü sonralar xüsusi mülkiyyətə verilib. 

Akademiyanın yeni rəhbərliyinin dövlət başçısına müraciəti nəticəsində qalan 7 müəssisənin özəlləşdirilməsi dayandırılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM