Allahşükür Paşazadə: “İŞİD üzvləri müsəlman deyil”

12:26 | 23.10.2014
Allahşükür Paşazadə: “İŞİD üzvləri müsəlman deyil”

Allahşükür Paşazadə: “İŞİD üzvləri müsəlman deyil”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İŞİD təşkilatının üzvlərini qeyri-müsəlman olduqlarını bəyan edib. APA-nın məlumatına görə, Şeyx bunu Məhərrəm ayının başlaması ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.O qeyd edib ki, bu təşkilatın üzvlərinin bütün hərəkətləri İslama ziddir: “Məsələn, “Allahu əkbər!” deyib insanın başını kəsirlər, parçalayırlar. Bu İslamda harada göstərilib, belə müsəlmançılıq yoxdur və İŞİD-in də bu hərəkətləri müsəlmançılıq deyil. Bu, əslində terror təşkilatıdır”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür