Alman mətbuatı Kəlbəcər girovlarından yazdı - FOTO

15:19 | 24.07.2014
Alman mətbuatı Kəlbəcər girovlarından yazdı - FOTO

Alman mətbuatı Kəlbəcər girovlarından yazdı - FOTO

“Azərbaycanlıların Kəlbəcərdə həbs edilməsi beynəlxalq qanunvericiliyə ziddir”.
 
Axar.az xəbər verir ki, bu sözlər Almaniyada nəşr olunan “Deutsch-Turkisches Journal”ında yer alıb.
 
Jurnal Azərbaycan vətəndaşlarının Dağlıq Qarabağa sərbəst səyahət etmə hüququnun olduğunu bildirib. Bunu Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə izah edən məqalə müəllifi onların həbsinin heç bir halda müdafiəyə layiq olmadığı yazılıb.
 
Jurnal Azərbaycan-Avropa cəmiyyətinin nümayəndəsi olan Lionel Çeteranın da sözlərinə diqqət edib. Məqalənin sonunda isə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin reallaşdırılması istənilib.
 
Qeyd edək ki, bir müddət öncə iki sıravi Azərbaycan vətəndaşı Kəlbəcər ərazisində “diversant” adıyla erməni hərbçiləri tərəfindən həbs edilmişdi. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM