Almaniya prezidenti parlamenti buraxıb

15:19 | 27.12.2024
Almaniya prezidenti parlamenti buraxıb

Almaniya prezidenti parlamenti buraxıb

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Almaniya parlamentini buraxıb, Almaniya Bundestaqına erkən seçkilər 23 fevral 2025-ci ildə keçiriləcək. Bu barədə Bild xəbər verir.

Bundan əvvəl Almaniyanın keçmiş kansleri Angela Merkel demişdi ki, Xristian Demokrat İttifaqının lideri Fridrix Merz Almaniya kansleri postuna uyğun namizəddir.

Dekabrın 20-də Almaniya prezidentinin dekabrın 27-də Bundestaqın (ölkə parlamentinin) buraxılması ilə bağlı qərar qəbul etmək niyyətində olduğu bildirilib.
 
Parlamentin buraxılacağı təqdirdə növbədənkənar parlament seçkiləri təşkil olunacaq. Onların 23 fevral 2025-ci ildə keçirilməsi planlaşdırılır.

Hazırda Almaniyanın kansleri vəzifəsini Olaf Şolz tutur. O bəyan edib ki, qarşıdan gələn seçkilərdə müxalifətdə olan Xristian Demokrat İttifaqı və onun rəhbəri Fridrix Merz qalib gəlsə, Almaniyanın vitse-kansleri postunu tutmaq niyyətində deyil.
 
Eyni zamanda o, yenidən Almaniya kansleri olmağa hazırlaşdığını qeyd edib.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM