Almaniya Qarabağ münaqişəsinin həllinə kömək edəcək

14:09 | 11.01.2016
Almaniya Qarabağ münaqişəsinin həllinə kömək edəcək

Almaniya Qarabağ münaqişəsinin həllinə kömək edəcək

"Sülh və təhlükəsizlik əsas prioritet olacaq”.

Almaniyanın ATƏT-dəki sədrliyi dövründə sülh və təhlükəsizlik əsas prioritet olacaq.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib.

O bildirib ki, üç gündən sonra Almaniya xarici işlər naziri ATƏT Daimi Şurasında prioritetləri açıqlayacaq.

"Almaniya sədrliyi "dondurulmuş” adlandırdığımız davam edən münaqişələrə, o cümlədən sizin də cəlb olunduğunu münaqişəyə diqqət ayıracaq”, - deyə Tempel bildirib.
 
Səfir Almaniyanın üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına da böyük diqqət yetirəcəyini söyləyib.

"Bu istiqamətdə müxtəlif konfrans, biznes forumlar keçiriləcək. Onlar bütün üzv ölkələr üçün açıq olacaq”, - deyə səfir qeyd edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti