Almaniya və ABŞ arasında gərginlik artır

11:48 | 11.07.2014
Almaniya və ABŞ arasında gərginlik artır

Almaniya və ABŞ arasında gərginlik artır

Angela Merkel amerikan xüsusi xidmət təşkilatlarını tənqid edib.

Almaniya ABŞ səfirliyində olan xüsusi xidmət nümayəndələrini geri göndərir. 

Oxu.Az Euronews-a istinadən xəbər verir ki, hakimiyyət Berlinin belə addım atmağa məcbur qalması son həftə ərzində alman təhlükəsizlik və müdafiə strukturlarında iki amerikan agentinin üzə çıxarılması ilə əlaqədardır.

Almaniyanın kansleri Angela Merkel Almaniya ərazisində amerikan xüsusi xidmət təşkilatlarının fəaliyyətini tənqid atəşinə tutub:

“Mənim fikrimcə müttəfiqlərə qarşı casusluq boş yerə qüvvə sərf etməkdir. O qədər problemimiz var ki, hesab edirəm bu problemlərin həllinə diqqət yönəltməliyik. Əminəm ki, daha çox güvənin olması təhlükəsizliyə yol açır. Biz ümumi dəyərləri bölüşənlərin birlikdə güvən atmosferində işləməsinə imkan yaratmaq üçün əlimizdən gələni etməliyik”.

Berlində parlament komitəsi ilə əməkdaşlıq edən və baş verənləri tədqiq etməklə, eləcə də keçən il Angela Merkelin telefonunun dinlənməsi məsələsini aydınlaşdırmaqla məşğul olan xüsusi komissiya yaradılıb. 

Yeni qalmaqaldan bir gün əvvəl ABŞ Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Uilyam Binney parlamentə şahid qismində çağırılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM