AMEA-da dəyişikliklər

12:35 | 07.11.2014
AMEA-da dəyişikliklər

AMEA-da dəyişikliklər

Azərbaycan Milli Elmlər Akademiyasında növbəti struktur dəyişikliyi baş verəcək. Lent.az-ın məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, akademiyanın Humanitar və İctimai Elmlər Bölməsi iki yerə ayrılmalıdır: “çünki bu bölmənin nəzdində 18 institut fəaliyyət göstərir. Sanki bu bölmə bir akademiyadır. Ona görə təklif edirəm ki, adıçəkilən bölmə iki yerə (humanitar və ictimai elmlər bölmələri) ayrılsın”. Qeyd edək ki, AMEA-nın nəzdində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Yer Elmləri Bölməsi, Humanitar və İctimai Elmlər Bölməsi, Biologiya və Tibb Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi və Aqrar Elmlər Bölməsi fəaliyyət göstərir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM