AMEA-da ilk dəfə magistraturaya qəbul olacaq

16:15 | 14.01.2015
AMEA-da ilk dəfə magistraturaya qəbul olacaq

AMEA-da ilk dəfə magistraturaya qəbul olacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu il fevral ayında ilk dəfə olaraq magistratura pilləsi üzrə sənəd qəbuluna başlamağı planlaşdırır.
 
ANN.Az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, bunu AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Akademiya prezidenti bildirib ki, bu il AMEA 7 institutun bazasında 7 ixtisas üzrə magistratura təhsili təşkil ediləcək. Bu ixtisaslar dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi kinetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası üzrə olacaq: "Bu il hələlik bu, pilot layihə kimi oldu. İstərdik ki, ixtisasların sayı çox olsun, amma bu il bir az ehtiyatla yanaşdıq".

A.Әlizadə deyib ki, növbəti il üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu elan olunarkən AMEA-nın da magistraturasına sənəd qəbulu aparılacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM