AMEA-da yeni kadr təyinatı

12:35 | 03.03.2014
AMEA-da yeni kadr təyinatı

AMEA-da yeni kadr təyinatı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər İdarəsinin müdir müavini təsdiq olunub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, son zamanlar AMEA-nın İşlər İdarəsi tərəfindən həyata keçirilən bir sıra işlər, AMEA-nın balansında olan daşınmaz əmlakın uçotu və sənədləşdirilməsi, elmi işçilərin soial-məişət məsələlərinin həlli ümumilikdə idarənin işinin artmasına səbəb olub. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətinin sərəncamı ilə AMEA Rəyasət Heyəti Mərkəzi aparatının ştat cədvəlinə bir ştat vahidi – AMEA İşlər idarəsinin müdir müavini vəzifəsi əlavə edilib. AMEA Rəyasət Heyətinin qərarı ilə İşlər İdarəsinin baş mütəxəssisi Sərdar Əli oğlu Əliyev idarənin müdir müavini vəzifəsinə təsdiq olunub. S.Əliyev 2 fevral 1955-ci ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM