AMEA hesabat verəcək

21:10 | 03.04.2015
AMEA hesabat verəcək

AMEA hesabat verəcək

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında AMEA-nın illik ümumi yığıncağı keçiriləcək.


AMEA-dan Azərtac-a bildiriblər ki, tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq. Həmçinin, AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.

Ümumi yığıncaqda, həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş olunacaq.

Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, müxtəlif dövlət və ictimai qurumların nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edəcəklər.

ANN.Az
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM