AMEA institutlarının maliyyələşdirilməsi prinsipi dəyişdirilir

13:09 | 15.10.2014
AMEA institutlarının maliyyələşdirilməsi prinsipi dəyişdirilir

AMEA institutlarının maliyyələşdirilməsi prinsipi dəyişdirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının maliyyələşdirilməsi prinsipi dəyişdirilir.

Trend-in məlumatına görə, AMEA prezidenti Akif Əlizadə jurnalistlərə bildirib ki, institutların maliyyələşdirilməsi tam deyil, nisbətən dəyişdirilir.

Onun sözlərinə görə, institutlara büdcə vəsaiti xüsusi proqramlar üzrə ayrılacaq: “Xüsusi proqramlara büdcə maliyyəsi ayrılacaq. Orada iştirak edən gənclərə xüsusi mükafatlar veriləcək. Bu təcrübə dünyada var. AMEA da ilk dəfə bu addımı atır. Güman edirəm ki, nəticəsi müsbət olacaq”.

A.Əlizadə qeyd edib ki, maliyyələşdirmə üçün proqramlar seçilərkən multidiskiplinar tədqiqatlara üstünlük veriləcək. Bu proqramlar Azərbaycan elminin prioritet istiqamətlərinə uyğun olmalıdır. Proqramların seçimini xüsusi komissiya aparacaq. Seçilən poqramlar əlavə maliyyə vəsaiti ilə təmin ediləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM