AMEA magistraturasına qəbul planında dəyişiklik edildi

18:16 | 09.12.2015
AMEA magistraturasına qəbul planında dəyişiklik edildi

AMEA magistraturasına qəbul planında dəyişiklik edildi

AMEA-nın magistraturasına 2016-2017-ci tədris ili üçün qəbul planına dəyişiklik edilib.

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib. Bildirilib ki, növbəti tədris ilindən AMEA-nın magistraturasına 15 ixtisas üzrə 63 yer ayrılıb.
 
Qeyd edək ki, 2015-2016-cı tədris ilində AMEA-nın magistraturasına qəbul 7 ixtisas üzrə aparılıb.
 
Eyni zamanda, iclasda AMEA-nın elmi müəssisələrinin magistraturalarında saat hesabı tədris edən professor-müəllim heyətinin vəzifə maaşlarına əlavələrin verilməsi haqqında da qərar qəbul edilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM