AMEA Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin olundu

13:28 | 28.02.2014
AMEA Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin olundu

AMEA Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin olundu

Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təsdiq olunub. Bu barədə Modern.az-a Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.Qərara görə, Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli 5 il müddətinə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin edilib.Digər bir qərarla Firəngiz Hüseynova MEK-in elmi işlər üzrə direktor müavini, Qutiyera Cəfərova isə elmi katib vəzifəsinə 5 il müddətinə təsdiq olunublar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM