AMEA-nın bir qrup əməkdaşı mükafatlandırıldı

17:55 | 29.12.2015
AMEA-nın bir qrup əməkdaşı mükafatlandırıldı

AMEA-nın bir qrup əməkdaşı mükafatlandırıldı

"Azərbaycan Milli Elmlər Akademiyasının təbliği və elmin populyarlaşdırılması istiqamətində Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıq əlaqələri bu gün də uğurla davam edir".

Bu sözləri elm və media əlaqələrinin inkişafında xidmətinə görə AMEA əməkdaşlarına veriləcək təşəkkürnamələrin təqdimat mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. AMEA rəhbəri Akademiyada həyata keçirilən genişmiqyaslı islahatların, eləcə də təşkil olunan elmi-kütləvi toplantı, görüş və digər tədbirlərin ictimaiyyətə dolğun şəkildə çatdırılmasında medianın rolunun əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, AMEA ölkə mətbuatının fəaliyyətinə yüksək qiymət verir və media ilə faydalı işgüzar münasibətlərin daha da inkişafına  maraqlıdır.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bu il keçirilən Milli Mətbuatın 140 illik yubileyinə həsr olunmuş, "Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər" adlı elmi-praktik konfransın və "Science Activity-2015” adlı yay məktəbinin təşkilində göstərdiyi xidmətlərə görə AMEA-nın bir qrup əməkdaşına Akademiya rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edilib.

Sonda İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev akademik Akif Əlizadəyə idarənin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə dərin minnətdarlığını bildirib.

Tofiq Əli

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM