AMEA-nın İqtisadiyyat İnstitutu bahalaşmadan xəbərsizdir

11:28 | 03.12.2013
AMEA-nın İqtisadiyyat İnstitutu bahalaşmadan xəbərsizdir

AMEA-nın İqtisadiyyat İnstitutu bahalaşmadan xəbərsizdir

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunun ölkədə benzinin qiymətini artmasından xəbəri yoxdur. 

"Qafqazinfo" benzinin qiymətinin artması ilə bağlı İqtisadiyyat İnstitutunun direktor müavini Allahyar Muradovla əlaqə saxlayıb. Direktor müavin qiymət artımından xəbərsiz olduğunu bu şəkildə ifadə edib:  “Qiymət artıb ki? Mənim xəbərim yoxdur. Artıbsa da, deməli, buna əsas varmış". 

Sizin bu istiqamətdə fəaliyyətiniz nədən ibarətdir sualına isə direktor müavini belə cavab verib: "Bu işlərə Tarif Şurası baxır. Qiymətləri onlar qaldırır. Təbii ki, benzinin qiyməti artıbsa, digər məhsulların da qiyməti artacaq"

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM