AMEA yeni mərkəz yaratdı və direktor təyin etdi

11:57 | 12.02.2015
AMEA yeni mərkəz yaratdı və direktor təyin etdi

AMEA yeni mərkəz yaratdı və direktor təyin etdi

Azərbaycan Milli Elmlər Akademiyasının Quba Regional  Elmi Mərkəzi yaradılacaq. 

  AMEA-nın Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Rəyasət Heyətinin növbəti iclasında Quba Regional Elmi Mərkəzinin yaradılması məsələsi də müzakirə olunub.   İclasda bildirilib ki, hazırda ölkədə uğurla aparılan islahatların əsas istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları səviyyəsində həyata keçirilən kompleks tədbirlərdir. 

  AMEA-nın Quba Regional Mərkəzinin yaradılmasında məqsəd bu bölgədə elmi tədqiqat fəaliyyətini gücləndirmək və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də şimal bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaqdır.   İclasda Quba Regional Elmi Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib və müvafiq qaydada vəsatət qaldırılması haqqında qərar qəbul edilib. Bu qərarla, həmçinin aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Xuduş oğlu Şükürov Quba Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən təyin edilib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM