Amerikalı senatorlar Azərbaycana qarşı saksiya tətbiq edilməsini təklif ediblər

09:24 | 22.09.2023
Amerikalı senatorlar Azərbaycana qarşı saksiya tətbiq edilməsini təklif ediblər

Amerikalı senatorlar Azərbaycana qarşı saksiya tətbiq edilməsini təklif ediblər

Demokratlar və Respublikaçılar partiyalarından olan amerikalı senatorlar cümə axşamı Qarabağ ətrafındakı vəziyyətə görə Azərbaycana qarşı sanksiyaları, habelə Ermənistana yardımı ehtiva edən qanun layihəsini təqdim ediblər. Bu barədə təşəbbüsün müəlliflərindən biri, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezin (Nyu Cersidən olan demokrat) mətbuat xidməti məlumat verib.

Sənəddə Qarabağdakı ermənilərə humanitar yardımın göstərilməsi və Azərbaycan hakimiyyətinə qarşı saksiyaların olması tətbiqi nəzərdə tutulur.  
 
Avropa Parlamentinin də 60 üzvü sentyabrın 20-də Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə dəstək verib. 
 
Sentyabrın 20-də Aİ-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi Piter Stano  açıqlama verərək bildirib ki, Bakının döyüşlərdən erməniləri Qarabağdan zorla çıxarılması üçün bəhanə kimi istifadə etməməsi vacibdir. 
 
Aİ vəziyyəti diqqətlə izlədiyini və üzv dövlətlər vəziyyətin inkişafı ilə bağlı növbəti addımları müəyyən edəcəklərini vurğulayıb. 

Almaniyada baş verən proseslərə görə Azərbaycanla iqtisadi əlaqlərinə saksiya qoyulması təklifi ilə çıxış edib.  

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM