“Washington Post”un xüsusi müxbiri və daha 2 ABŞ vətəndaşı Tehran polisi tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, qəzetin xarici siyasət şöbəsinin müdiri Duqlas Cep bildirib ki, etibarlı mənbədən xüsusi müxbir Ceyson Rezayan və ABŞ vətəndaşı olan iki ştatdan kənar əməkdaşın tutulması barədə məktub alıb. Bundan əlavə həm İran və həm də ABŞ vətəndaşı olan, 2012-ci ildən qəzetin Tehran müxbiri işləyən Ceyson Rezayanın İran vətəndaşı olan həyat yoldaşı da saxlanılıb. Yoldaşları ilə birgə qəzetin ştatdan kənar 2 fotoqrafı da saxlanılıb. Onların da hər ikisi ABŞ vətəndaşıdır.Həbsin hansı səbəblə baş verməsi barədə məlumat yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !