Amerikanı don vurub - VİDEO

19:30 | 31.01.2019
Amerikanı don vurub - VİDEO

Amerikanı don vurub - VİDEO

ABŞ-da az qala Antarktida soyuqlarıdır. Havalar həddən artıq sazaq və şaxtalı olduğu üçün məktəblər bağlanıb, yüzlərlə aviareys təxirə salınıb. Dövlət qurumları çalışmır, hətta dükanlar da bağlanıb.

Rəsmi strukturlar vətəndaşları küçəyə çıxmamağa çağırıblar. Zərurət yaranarsa, küçədə ən uzağı 25 dəqiqə qalmaq məsləhət bilinir.

Minneapolisdə havanın temperaturu -47, Çikaqoda - 045, Miluokidə -43 dərəcədir. Halbuki Antarktidanın cənub qütbündə indi temperatur -32-dir.

ABŞ prezidenti Donald Tramp isə qlobal iqlim dəyişikliklərindən bəhs edən alimlərə sataşaraq Twitter-də yazıb: "Bəs yaxşı, hanı o dediyiniz qlobal istiləşmə?"

Alimlər isə ona cavab veriblər ki, ABŞ-dakı anomal soyuqlar elə qlobal iqlim dəyişikliklərinin fəsadlarıdır.

ABŞ-ın orta qərbindəki Viskonsin, Miçiqan və İllinoys ştatlarında fövqəladə vəziyyət elan olunandan sonra cənubdakı Alabama və Missisipi ştatlarında da analoji qərarlar verilib.

Soyuqlar ABŞ-da artıq 7 nəfərin ölümünə səbəb olub.

Metereoloqların dediklərinə görə, açıq havada cəmi 10 dəqiqə qalmaq yetər ki, insanı don vursun./milli.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb