"Amnesty" üsyançıları suçlayır

13:30 | 05.07.2016

"Amnesty" üsyançıları suçlayır

Amnesty International hüquq-müdafiə təşkilatı Suriyadakı üsyançı qrupları oğurlamalar, işgəncə və qətllərə görə ittiham edib. Həmin üsyançı qrupları Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə dəstəkləyir.

İyulun 5-də Londonda mənzillənən qurum sənədləşdirdiyi 24 oğurlama halını yayıb. Bu hallar 2012-2016-cı illərdə Hələb və İdlib vilayətlərində törədilib.

Qurbanlar dinc fəallar, uşaqlar, kürdlər, xristianlar və digər azlıqlardır. Amnesty bildirir ki, onlar məhz dinlərinə görə hədəfə alınıblar. Bəzi qruplar isə Prezident Bashar al-Assad rejiminin əl atdığı işgəncə formalarından yararlanıb, təşkilat belə deyir.

Həmin qruplaşmalardan üçünün indi, yaxud keçmişdə ABŞ-dan yardım aldığı bildirilir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb