Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq barəsində müqavilənin
imzalanması üzrə razılıq əldə olundu. Bu məqsədlə 10.02.2020-ci il tarixində
Amrahbank ASC-nin Baş ofisində təşkil olunmuş görüşdə Səudiyyə İnkişaf Fondundan Eksport üzrə Maliyyə
direktoru cənab Ali Algarni, Hesablaşmalar və
Monitorinq Departamentinin rəhbəri cənab Mohammed Altombkti, marketinq mütəxəssisi
cənab Navaf Alojruşun, Amrahbank ASC-nin struktur rəhbərləri, iş adamları, o
cümlədən Gənc Sahibkarlar Birliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOB) nümayəndələri iştirak etdilər.
Görüşün birinci hissəsində Amrahbank ASC
ilə Səudiyyə İnkişaf Fondu arasında rəsmi əməkdaşlıq barəsində razılıq əldə
olundu. Razılığa əsasən Bankın müştəriləri Səudiyyə
Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin, eləcə də Azərbaycanda
real sektorun maliyyələşdirilməsində birgə əməkdaşlıq ediləcəkdir. Qeyd
edək ki, belə bir razılşmanın rəsmiləşməsi Azərbaycan
və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafına dəstək verəcəkdir.
Görüşün ikinci hissəsində Səudiyyə
İnkişaf Fondunun fəaliyyəti üzrə təqdimat keçirildi. Fondun fəaliyyəti ilə
bağlı görüşün iştirakçıları arasında interaktiv müzakirələr aparıldı.
Nəzərinizə
çatdırırıq ki, Amrahbank yarandığı gündən bu günə
qədər beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. Bu gün əldə olunan razılaşma
bu strategiyanın uğurlu davamıdır. Bu
da Banka müştərilərin kredit və ticarət maliyyələşməsi üzrə ehtiyaclarını daha
tam ödəməyə imkanı yaradacaqdır.
Səudiyyə İnkişaf
Fondu ilə Amrahbank 2011-ci ildən fəal əməkdaşlıq edir. Xarici banklarla müxbir
münasibətlər, beynəlxalq maliyyələşmə və ticarətin maliyyələşdirilməsi
Amrahbank fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Amrahbank
Kuwait Finance House Group, Islamic Trade Finance Corporation (ITFC), Islamic
Corporation for the Development of the Private Sector (ICD), OPEC Fund for
International Development (OFID), Gulf Finance House kimi beynəlxalq maliyyə
institutları ilə uğurlu əməkdaşlıq qurmuşdur.
Amrahbank: Sizə açıq
və aydın bank!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !