Anar Məmmədovun yeni “Heydər Əliyev adına təhsil proqramı”

11:39 | 11.07.2014
Anar Məmmədovun yeni “Heydər Əliyev adına təhsil proqramı”

Anar Məmmədovun yeni “Heydər Əliyev adına təhsil proqramı”

ABŞ-ın və dünyanın ən nüfuzlu təhsil müəssisələrindən biri olan Harvard Universitetinin xüsusi təhsil proqramı tələbələrə təhlil, idarəetmə və digər sahələrdə biliklərini təkmillləşdirmə imkanı verir.Oxu.Az xəbər verir ki, Harvard Kollecinin “İdarəetmə proqramı” ictimai, özəl və qeyri-kommersiya təşkilatlarında çalışan, öz bilik və bacarıqlarını yüksək əməkdaşlıq və ciddi akademik mühitində artırmaq istəyən şəxslər üçün nəzərdə tutulub.Proqram iştirakçıları qarşıqlı interaktiv diskussiya və kollektiv məşğələlərdə iştirak edir, Harvardın yüksək ixtisaslı müəllim heyətindən dərs alır.Harvard Kennedi Məktəbinin məzunları ictimai liderlikdən strateji idarəetməyə, fəaliyyət qiymətləndirilməsindən əlaqə və danışıqların qurulmasınadək bir çox faydalı mövzularda treninqlər keçir.“Heydər Əliyev adına təhsil proqramı” çərçivəsində reallaşan bir neçə treninqdə ilk olaraq Azərbaycan Amerika Alyansının əməkdaşları iştirak edib.Qeyd edək ki, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə bu ildən etibarən ildə iki dəfə Azərbaycandan bir neçə şəxs bu təhsil proqramından yararlanmaq imkanı əldə edəcək. Təhsil proqramında iştirak etmək istəyənlər [email protected]/* */ ünvanına müraciət edə bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM