Ancelina Colini ev almağa qoymadılar

22:31 | 26.11.2014
Ancelina Colini ev almağa qoymadılar

Ancelina Colini ev almağa qoymadılar

Hollivud ulduzu Anjelina Colinin İngiltərədə mülk almaq istəyi oxa dəyib. Buna səbəb İngiltərədə alınacaq elit ev üçün yüksək dərəcədə vergi tələb olunmasıdır.

ANN.Az xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb. Qəzet xatırladır ki, belə bir verginin tətbiq edilməsi ilə Böyük Britaniya Leyborist Partiyasının lideri Ed Milibend çıxış edib.İngilis televiziyasına açıqlamasında A.Coli hər kəsin öz puluna cavabdehlik daşıdığını və onun qədrini yaxşı bildiyini deyib və əlavə edib ki, cənab Milibendin təklif etdiyi vergi məsələsindən sonra çox adam Britaniyaya gəlməkdən imtina edəcək: "Kim öz evinə görə 2 milyon funt-sterlinq vergi verməyə razı olar ki?"Qeyd edək ki, bir qədər əvvəl mətbuat A.Colinin və onun əri Bred Pitin Londonda 25 milyon funt-sterlinqə şəxsi mülk almaqda maraqlı olduğunu yazmışdı. Hazırda aktrisa "Yenilməz" ("Unbroken") filminin təqdimatı üçün Londondadır. Onun tezliklə kino ilə vidalaşacağı da deyilir

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM